“Real” Madrid Ronaldonu qaytarmaq istəyir

“Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Real”a qayıda bilər.

“Kral” klubu Ronaldonun transferində maraqlıdır. Daha əvvəl mediada Kriştianonun Madridə mümkün qayıdışı ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə “Real” Madriddə çıxış edib. Ronaldo bu mövsüm “Mançester Yunayted”in heyətində 28 oyuna çıxıb və 3 qol vurub.35 turdan sonra “qırmızı şeytanlar” 55 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdədir. “Mançester Yunayted” növbəti mərhələdə “Brentford”u qəbul edəcək. Görüş mayın 2-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest