Qurbanlıq qoyunların qiyməti neçəyədir? – VİDEO

Qurban bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakıda və regionlardakı müxtəlif ət kəsimi məntəqələrində sanitariya qaydalarını əməl olunması üçün xüsusi nəzarət mexanizmi tətbiq olunur.

Bakuexo.az xəbər verir ki, “Report”un çəkiliş qrupu Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının həyata keçiriləcəyi ət kəsimi məntəqələrinin birinə yollanıb və mövcud vəziyyətlə tanış olub, pandemiya şəraitində qurbanlıq heyvanların qiyməti, onların necə kəsiləcəyi, qəssabların vaksin olunub-olunmaması və digər riayət olunması zəruri olan məsələlər araşdırıb.

Qeyd edək ki, iyul ayının 20-21-də Azərbaycanda Qurban bayramıdır.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır. Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest