Qurbanlıq dana qaçdı,20 nəfərsə yaralandı

Türkiyədə dünən Qurban bayramı münasibətilə qurbanlıq heyvanların kəsimi bir çox bölgələrdə yaralanmalara səbəb olub. Qars bölgəsində qurbanlıq heyvan kəsərkən yaralanan azı 20 nəfər xəstəxanalara müraciət edib. Onların hamısı naşı qəssablardır.

Qarsın Selim rayonuna bağlı Bayburt kəndində qurbanlıq heyvanı kəsərkən heyvanın başla zərbə endirdiyi qadın əvvəlcə yerli xəstəxanaya yerləşdirilib, daja sonra vəziyyəti ağırlaşdığından vilayət xəstəxanasına aparılıb.

Qarsın mərkəzi Halitpaşa məhəlləsində isə qurbanlıq heyvan yük maşınından düşürülərkən qaçıb. Heyvanı kəsmək üçün bazardan alıb gətirən ailə dananı tutmaq üçün səfərbər olub. Lakin dana da asanlıqla yaxanı ələ verməyib, təxminən 1 saatlıq mübarizədən sonra dananı tutmaq mümkün olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest