Qurban Qurbanov üçün ən keçilməz müdafiəçi kim olub? – AÇIQLAMA

“Mənim üçün ən keçilməz müdafiəçi Finlandiya millisinin “Liverpul”da çıxış edən futbolçusu Sami Hyuyupya olub”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, oynadığı müdafiəçilərdən ən keçilməz olanının adını çəkib:

“Hyuyupya yeganə keçə bilmədiyim futbolçu kimi yadımda qalıb. Biz o vaxt hava toplarına üstünlük verirdik. Onda nə qədər mənə top atılırdısa, hava toplarında başla o qalib gəlirdi. Axırda uşaqlara deyirdim ki, yerlə ötürməni verin. Nəticədə onun komandasına qol vura bilmədim”.

O ən yaxşı qolundan da danışıb:

“Serbiya-Çernoqoriyaya vurduğum ikinci qol ən yaxşı qolum olub. Həmçinin, “Fakel”də oynayarkən ilk matçımda qayçıvari vurduğum qol baxımlı alınıb.

Mənim futbolçu kimi uğurum çox olmayıb. Məşqçilik karyeram daha uğurlu alınıb. Buradakı işim sayəsində daha çox populyarlıq qazanmışam”. (oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest