Qurban Qurbanov “Qarabağ”la 3 illik müqavilə imzaladı

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovla müqaviləni uzadıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşmaya əsasən, Qurbanov daha 3 il Ağdam klubunun baş məşqçisi olacaq. 50 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir. Onun rəhbərliyi altında 8 dəfə Azərbaycan çempionu olan ağdamlılar 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.//Apasport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest