Qorxunc “meymun çiçəyi” Avropaya da çatdı

Dünyanı qorxuya salan “meymun çiçəyi” artıq İtaliya və İsveçə çatıb.

Bu ölkələrdə “meymun çiçəyi” epidemiyasına ilk yoluxma halları qeydə alınıb.

Hazırda ekspertlər Stokholm sakininin virusa harada və necə yoluxduğunu, eləcə də ölkədə başqa yoluxmuş şəxslərin olub-olmadığını araşdırır. Həkimlərin sözlərinə görə, xəstəlik yüngül formada davam edir və yoluxan şəxslərə lazımi yardım göstərilir.

“Meymun çiçəyi”nə yoluxan İtaliya vətəndaşının bu yaxınlarda Kanar adalarından qayıtdığı məlum olub.

Qeyd edək ki, çiçək primatlarına yoluxma halları Böyük Britaniya, Portuqaliya, İspaniya və ABŞ-da aşkarlanıb. Rusiyada yoluxma hallarının baş vermədiyi, epidemiyanın ölkəyə gətirilmə riskinin aşağı səviyyədə olduğu açıqlanıb.

Məlumat üçün bildirək ki, “meymun çiçəyi” insanlara heyvanlardan keçən nadir virus infeksiyasıdır. Əksər xəstələr bir neçə həftə ərzində sağalsa da, ağırlaşmalar baş verə bilər. Xəstəlik hərarət, səpgi, baş və əzələ ağrısı, şişkin limfa düyünləri və yorğunluq kimi simptomlarla müşahidə olunur.

Müşviq Tofiqoğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest