Qonşu ölkədə ərzaq böhranı yaşanır – 92 faiz bahalaşma var

İranda son bir ay ərzində qida məhsullarının inflyasiya həddi 60.1 faizə çatıb.

Bu barədə İranın Statistika Mərkəzi məlumat yayıb.

Bildirilir ki, cari ilin sentyabr ayının sonlarından hər ay ərzində sözügedən sahədə 60 faizdən yuxarı inflyasiya qeydə alınıb.

Eyni zamanda, süd, pendir və yumurta kimi məhsulların qiyməti 72 faizdən çox, yağ isə təxminən 92 faiz bahalaşıb. Beləliklə, ümumilikdə İranda illik inflyasiya həddi 44.1 faiz təşkil edib.

Qeyd edək ki, bu statistikik rəqəmlər dövlətin məhsullara nəzərdə tutduğu qiymətlər əsasında hazırlanır, bazarda mövcud olan reallıqları nəzərə alaraq deyil. Bu səbəbdən göstərilən rəqəmlər real qiymətlərdən dəfələrlə aşağı sayılır. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest