Qohumları iş yerində özünü güllələyən Cəmil Axundovdan danışdı

Moskvanın Xoroşevski məhkəməsində işləyən məhkəmə icraçısı, həmyerlimiz Cəmil Axundov intihar edib.

“Moskovski Komsomolets” xəbər verir ki, 27 yaşlı Cəmil Axundov özünü məhkəmənin tualetində silahla vurub.

İntihara münasibət bildirən C.Axundovun qohumları bildiriblər ki, onun iş yoldaşları ilə konflikti olub və hətta bir neçə dəfə işindəki gərgin mühitdən şikayət edib.

C.Axundov subay olub. İşindən əlavə musiqi ilə məşğul olub, fortepianoda və sintezatorda ifa edə bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest