Qeyri-standart dövlət qeydiyyat nişanı olan avtomobil DYP əməkdaşınındır? – FOTO

Bakı şəhərində avtomobil sahibinin dövlət qeydiyyat nişanı qeyri-standartdır. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Avtomobil sahibi dövlət qeydiyyat nişanının ortasındakı xətləri ağardıb.

İddia edilib ki, avtomobil sahibi Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşı Elşən Ağamalıyev adlı inspektora məxsusdur. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə, sürücüyə 60 manat, 4 bal cərimə tətbiq edilir. 

Fotolarda olan maşının kimə məxsus olması araşdırılır.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest