“Qeyri-dost ölkələrin qazı KƏSİLƏCƏK” – Putindən FƏRMAN + VİDEO

“Rublla ödəniş etməyən qeyri-dost ölkələrin qaz tədarükü dayandırılacaq”.

Vladimir Putin “dost olmayan ölkələr”lə rublla qaz ticarəti haqqında fərman imzalayıb.

Qeyri-dost ölkələrdən gələn alıcılar yeni ödəmə şərtlərini yerinə yetirməsələr, mövcud qaz tədarükü müqavilələri dayandırılacaq.

Rusiya Prezidenti bildirib ki, qaz tədarükünün rublla necə ödənilməsi barədə qərar Rusiyanın maliyyə suverenliyinə doğru atılan addımdır. Biz rubl və etibarlı tərəfdaşların valyutaları ilə ticarəti artırmaq üçün uzunmüddətli plan üzərində irəliləməyə davam etməliyik.

▪️Avropa ölkələri öz vətəndaşlarının maraqlarını “xarici ağa”nın xeyrinə buraxmağa hazırdır. ABŞ öz səhvlərini Rusiyanın üzərinə atmağa və başqa ölkələrdəki çətinliklərdən istifadə etməyə çalışacaq”, – deyə Putin bildirib.

Dost olmayan ölkələr Rusiya banklarında hesab açmalı olacaqlar. Yeni qaz satışı qaydaları aprelin 1-dən qüvvəyə minəcək.

Putinin sözlərinə görə, “dost olmayan ölkələrdən” alıcılar yeni ödəniş şərtlərinə əməl etməsə, mövcud qaz tədarükü müqavilələri dayandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest