Qazaxıstanın keçmiş baş naziri: “KTMT-ni dəvət etmək Tokayevin ciddi səhvidir”

“Xarici silahlı qüvvələrin dəvət edilməsi Tokayev üçün ciddi siyasi səhvdir və o, bunun nəticəsini gələcək karyerasında görəcək”. Bunu Qazaxıstanın keçmiş baş naziri Akejan Kajegeldin “Dojd” YouTube kanalının efirində deyib.

Keçmiş baş nazir qeyd edib ki, KTMT-yə dəvət Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin böyük siyasi səhvi olub: “Ümumiyyətlə, xarici silahlı qüvvələrin dəvəti onun karyerasında ciddi siyasi səhvdir. O, daxili qüvvələri öz tərəfinə çəkməyə çalışmalı idi. Almatı sakinləri mətbuatda yazır ki, “hakimiyyət onları tərk edib. İnsanlar dəstələrdə birləşməyə və Almatı şəhərində asayişi qorumağa hazır idilər”.

Siyasətçi əlavə edib ki, əvvəllər baş verənlərin miqyasını başa düşmürdü: “Və yalnız Tokayev hakimiyyəti tam öz əlinə alanda və xüsusi xidmət orqanlarında həbslər başlayanda gördük ki, onun başqa yolu qalmayıb”./virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest