Qazaxıstanda polis general-mayoru intihar edib

Qazaxıstanda Jambıl vilayətinin polis idarəsinin rəisi general-mayor Janat Suleymenov vəfat edib.

Yerli kütləvi informasiya vasitələri yazır ki, polis rəisi intihar nəticəsində ölüb.

Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi polis rəisinin ölümünü təsdiqləsə də, intihar iddiasına aydınlıq gətirməyib.

Qeyd edək ki, Qazaxıstanda baş verən iğtişaşlara görə Janat Suleymenova qarşı cinayət işi açılmışdı.

Onun hərbi tribunala çıxarılacağı gözlənilirdi.

Xatırladaq ki, son gün ərzində bu Qazaxıstan xüsusi xidmət orqanlarında baş verən ikinci intihar hadisəsidir. Bundan əvvəl DTX polkovniki özünü yaşadığı binadan ataraq intihar etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest