Qazaxıstanda etirazçılara dəstək verən kriminal avtoritet “Arman Dikiy” HƏBS OLUNACAQ

Kriminal aləmdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Sputnik Qazaxıstan” xəbər verir ki, bu barədə Nur-Sultan şəhərinin Rayonlararası İstintaq Məhkəməsi qərar verib.

İstintaqın digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Arman Cumageldiyev yanvarın 7-si Almatı şəhərində saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest