Qazaxıstan senarisi Qafqazda təkrarlana bilər? – Rusiyalı ekspertdən AÇIQLAMA

Regionun problemləri hələ həllini tapmasa da, Qazaxıstan senarisinin Cənubi Qafqaz ölkələrində təkrarlanması ehtimalı çox azdır.

Bunu rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

“2020-ci ilin yayından biz Gürcüstanda indi daha kəskin və ya zəif olan siyasi böhranı müşahidə edirik. Amma bu, kütləvi etirazların olduğu Qazaxıstanda gördüyümüzdən tamamilə fərqlidir. Qafqaz ölkələrinin heç birində silahlı iğtişaş ehtimalı yoxdur”, – N.Silayev söyləyib.

Ekspert qeyd edib ki, region dövlətləri çox fərqli şəkildə təşkil olunub:

“Ermənistanda siyasi narazılığın ifadə mexanizmləri var. Bu, Gürcüstanda da mövcuddur, baxmayaraq ki, ölkənin siyasi sistemi açıq-aşkar öz işini zəif yerinə yetirir. Azərbaycanda isə buna yanaşmalar daha fərqlidir”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest