Qazaxıstan bu halda belə Ukraynaya ordu yeritməyəcək – AÇIQLAMA

Qazaxıstan KTMT sazişi çərçivəsində belə Ukraynaya öz ordusunu göndərməyəcək”.

Bunu  brifinq zamanı Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov deyib. O, təşkilat qərar verərsə, Qazaxıstan sülhməramlıları KTMT qüvvələrinin tərkibində Donbasa gedə bilmə ehtimalına aydınlıq gətirib.

İdarənin rəis müavini qeyd edib ki, respublikanın silahlı qüvvələrinin ölkə hüdudlarından kənarda istifadəsi planlı və normativ olaraq müəyyən edilib. Onun sözlərinə görə, hərbçilərin sülhməramlı əməliyyatlarda iştirakı yalnız BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında həyata keçirilir.

Daha sonra bu qərar əsasında dövlət başçısı parlament qarşısında təkliflə çıxış edib. Yalnız parlament üzvlərinin təsdiqindən sonra Silahlı Qüvvələrin istifadəsi mümkündür. Lakin indi bu məsələyə heç baxılmır.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) may ayına planlaşdırılan sammiti zamanı müzakirə mövzularından biri Ukraynadakı vəziyyət ola bilər.

Apreldə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirmişdi ki, onlara KTMT vasitəsilə Ukrayna ərazisinə və ya hər hansı başqa dövlətə hərbi qulluqçuların göndərilməsi ilə bağlı müraciətlər hələ daxil olmayıb. Daha sonra departament onu da diqqətə çatdırıb ki, “Kollektiv Sülhməramlı Qüvvələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ərazisindən kənara yeridilməsi” yalnız BMT Təhlükəsizlik Şurasının və hər iki tərəfin razılığı ilə mümkündür.

Xuraman Etibarlı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest