Qazax rayonunda hotellərin birində əcnəbi vətəndaşın meyiti tapılıb.
Hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qala” hoteldə qeydə alınıb.
Orada qalan Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü Vitali Sputnikovun meyiti gecə 23 radələrində aşkarlanıb. İlkin müayinə zamanı onun alın nahiyəsində çapılmış yara aşkar edilib.
Qafqazinfo-nun məlumatına görə, qazaxıstan vətəndaşının hansı şəraitdə və hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.