Qaz sayğacları hələ də sıfırlanmayıb? – AÇIQLAMA

Bakı ətrafında yerləşən bəzi yaşayış məntəqələrində qaz sayğaclarının sıfırlanması prosesi hələ də yekunlaşmayıb.

Bu barədə daxil olan vətəndaş şikayətində bildirilib ki, ərazi üzrə qaz idarəsindən sayğacların sıfırlanmasının yanvarın 10-a qədər tamamilə yekunlaşdırılacağı deyilib. Lakin hələ də sayğaclar sıfırlanmayıb.

Bununla bağlı saytımıza açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib ki, qaz sayğaclarının sıfırlanması prosesi bu gün başa çatacaq:

“Ola bilsin ki, bəzi vətəndaşların evdə olmaması ilə əlaqədar sayğacların sıfırlanmasında kiçik problemlər yaransın. Lakin proses ümumilikdə bu gün yekunlaşdırılacaq”.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yanvarın 7-də sayğac göstəricilərinin oxunmasının ümumilikdə başa çatdığını bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest