“Qars heç vaxt erməninin olmayıb”-Erməni jurnalistdən ŞOK AÇIQLAMA

“Qars heç vaxt erməninin olmayıb”.

Bunu analitik verilişlərin aparıcısı erməni Petros Qazaryan deyib. Qazaryanın bu sözləri erməni KİV-ində geniş müzakirələrə səbəb olub.

“Bəli, düz eşitdiniz, bunu erməni deyib. Və eyni zamanda ölkənin əsas təbliğatçısı. Biz onsuz da Vətənimizdən imtina edirik və eyni məntiqlə 20 ildən sonra Şuşadan da əl çəkəcəyik. Bəziləri artıq imtina edib. Çünki biz fürsət axtarmaq əvəzinə bəhanə axtarırıq. Baxırsan ki, Türkiyədə 80 milyon yaşayır, biz isə cəmi 3 milyonuq. Və bizim 100 ildən sonra addım-addım 20 milyon olmaq üçün milli məqsədimiz yoxdur. 80 milyon olmaq üçün uzunmüddətli məqsədimiz də yoxdur, çünki bəziləri artıq məğlubiyyəti qəbul edib”, – deyə erməni mediası yazıb.

Qarsa iddialı ermənilər Petros Qazaryanın “utancverici çıxış”ını tənqid ediblər.

“Biz sadəcə olaraq utanırıq ki, aramızda belə insanlar var. Özlərini ağıllı hesab edən adamlar bunun axırının hara getdiyini başa düşmürlər. Onlar blokadada yaşamaqdan yorulublar, yaxşı yaşayırlar, amma daha yaxşı yaşamaq istəyirlər. Sərhədin açılması isə onlara bu işdə kömək edəcək”, – KİV yazıb.

Xuraman Etibarlı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest