Qardaşına qaraciyərini verən Nərmin səhhətindən yazdı – FOTO

“Mənə görə narahat olanlar, yazanlar, zəng edənlər, dua edənlər… Bu sevgiyə görə çox sağ olun”.

Bu sözləri müğənni Nərmin Kərimbəyova sosial şəbəkə hesabında yazıb.

Bir neçə həftə əvvəl Türkiyədə qardaşı Kamrana qaraciyərini verən və ağır əməliyyatın ardından vəziyyəti gərginləşən Nərmin səhhəti barədə açıqlama verib.

“Nigaran qalmayın, artıq palatadayam. Hələ ki, qan azlığı və ağrılarla mubarizə aparıram. Allah kərimdir. Görüşmək ümüdi ilə…”.

Qeyd edək ki, Nərmin Kərimbəyova daha əvvəl redaksiyamıza açıqlamasında 42 yaşlı qardaşı Kamranın hepatit B virusuna yoluxduğunu açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest