“Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK?

Aviaqəzaların səbəblərinin araşdırılması həmişə problem hesab edilib. Çoxsaylı insan tələfatına səbəb olan belə qəzaların hansı səbəbdən baş verdiyini aydınlaşdıran mütəxəssislərin köməyinə isə ilk növbədə “qara qutu” gəlir.

“Qara qutu”ların içində nə olur?

İçərisində olan maqnit lentini işıqdan qorumaq üçün qutunun üzərinə qara rəngli örtük çəkirlər. “Qara qutu” adı da buradan qaynaqlanır. Həmçinin, bu qutu bir növ özündə məxfi və sirli materialları daşıdığından, eləcə də bəd xəbərlərə açar olduğundan ona belə ad verilib.
Əslində, onların rəngləri ya qırmızı, ya da narıncı olur. Bu rənglərin də seçilməsində məqsəd qəzalar zamanı qaranlıq meşəlikdən, yaxud dənizin dibindən şəffaf rəngli qutuları daha asan tapmaqdır.

Bəs “qara qutu”nun dinlənmə prosesi necə olur?

Türkiyə Ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı modern.az-a “qara qutu”nun dinlənilmə prosesindən danışıb.

Kontr-admiral bildrib ki, “qara qutu” bütün məlumatları qeyd edən bir cihazdır:

“Qara qutu” helikopter qəzaya uğradığı zaman salamat qalsın deyə çox ciddi şəkildə qorunur. Ağır qəzada qutuların zədə almaması üçün onun üzəri yüksək zərbəyə davamlı titan və poladla örtülür. Həmçinin, qutunun daxili hissəsinə xüsusi maddə də əlavə olunur. Bu, qəza zamanı alışmanın qarşısını almaq məqsədi daşıyır. “Qara qutu”dakı məlumatların dinlənməsi isə dünyada bir neçə ölkədə həyata keçirilir. Bura Amerika, Rusiya, İngiltərə kimi ölkələr daxildir.

“Qara qutu” adətən təyyarə və ya helikopter istehsal edilən ölkədə dinlənilir. “Qara qutu”nun dinlənməsi təxminən 15-20 gün çəkən prosesdir. “Qara qutu”da bütün səs, texniki problemlər və s. qeyd olunur”.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Qeyd edək ki, qəzaya uğrayan Mİ-17 tipli helikopteri Rusiya istehsalıdır.

Hərbi helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest