Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edildi – FOTO

Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı təyin edilib.

Xarici KİV-lər xəbər verir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan bu gün Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokovla görüşüb.

Karapetyan Kosobokovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona sülhməramlı missiyasında uğurlar arzulayıb.

Ermənistanın müdafiə naziri Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest