Qarabağda şiddətli döyüşlər gedir, aviasiyamız… – Müdafiə Nazirliyi TƏCİLİ AÇIQLAMA YAYDI

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, Ermənistan silahlı qüvvələrinin bu gün günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Məlumata görə, atışma zamanı postlar arasında məsafə 50 metr olub və hərbçimiz snayperdən açılan atəşlə həlak olub. 
Bundan sonra Azərbaycan Ordusu cavab atəşi açıb. Erməni postu məhv edilib. Düşmənin elə həmin postda 3 nəfərdən 5 nəfərədək itkisi olub. Ermənilər yaralıları tərk edərək qaçıblar.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest