Qarabağ torpaqları “çörək problemi”ni həll edə biləcəkmi?

“İşğaldan qurtulan ərazilərimiz hesabına ölkənin ərzaq təhlükəsizliyinin təminatını daha 15-25 faiz civarında təmin edə bilərik”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli azad edilmiş ərazilərimizin Azərbaycanın ərzaq təhlükəsizliyində oynaya biləcəyi rolu dəyərləndirərkən deyib:
 
“İşğaldan azad edilmiş ərazilərimiz gələcəkdə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynaya bilər. Bu ərazidə həmin problemin həlli üçün kifayət qədər potensial var. Nəzərə alaq ki,  həmin ərazilərimizin böyük hissəsi əkinə yararlı torpaqlardır, suvarma problemi olmayan bölgələrimizdir. İşğal illərində Ermənistan təkcə həmin ərazilərimizdə ildə 100 min ton buğda istehsal edirdi. Həmin bölgəmiz hesabına ərzaq məhsulları istehsalını daxildə azı 20-25 faiz artırmaq imkanındayıq. Hazırda ölkənin ərzaq məhsullarına tələbatının 50-55 faizi xaricdən gətirilir. Elə ərzaq məhsulları var ki, ondan asılılıq həmişə olacaq. Amma azad edilmiş bölgələrimiz hesabına buğda, dənli bitkilərlə bağlı xarici asılılığı aşağı sala bilərik. Keçən il xaricdən ölkəyə 1,145 milyon ton buğda gətirilib. Həmin ərazilər hesabına 200-300 min ton əlavə buğda istehsalına nail ola bilərik. Tərəvəz və meyvə istehsalını da artırmaq mümkündür. Bu ərazilərdə bitki yağlarının istehsalı üçün də imkanlar genişdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest