“Qarabağ” klubunun fəxri prezidenti: “Artıq azad Qarabağı təmsil edirik” – FOTO

“Qarabağ” Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.

“Dreamland” qolf adasında təşkil olunmuş mərasimə klubun fəxri prezidenti və sahibi Abdolbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və jurnalistlər qatılıb.

Təəssüratlarını bölüşən fəxri-prezident artıq azad Qarabağı təmsil etdiklərini bildirib:

“Bu gün bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi”.
Tədbirdə Çempionlar Liqası himninin sədaları altında üzərində “Qarabağ” – çempion” yazılmış tort bütün komanda üzvlərinin iştirakı ilə kəsilib.

Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest