“Qarabağ” dünya rekorduna imza atdı

Dünya futbolunda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Azərbaycan çempionu “Qarabağ” da ən yaxşılar sırasında yer alıb.

Baş məşqçi Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 5 səfər matçında qol buraxmayıb. Bu, hazırda davam edən seriyalar arasında dünya rekordudur.

Planetin yalnız 4 klubu yüksək liqa matçlarında belə uğura malikdir. “Qarabağ”ın üç şəriki arasında “Mançester Siti” də var.

Pep Qvardiolanın komandası Premyer Liqadakı səfər görüşlərində qapısını toxunulmaz saxlayır. Eyni göstəriciyə İsveçdə “Malmö”, Monteneqroda “Sutyeska”da nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest