Qadın 200-ə yaxın adamın həyatını xilas etd

Hindistanlı qadın qatarı və sərnişinləri mümkün qəzadan xilas edib.

O, işə yollanarkən təsadüfən relslərdə olan çatı aşkar edib və dərhal qatar yoluna çıxaraq qırmızı milli paltarını yelləyərək maşinistə xəbərdarlıq etməyə başlayıb.

“Dərhal anladım ki, böyük bir faciə baş verə bilər” – deyə qadın jurnalistlərdən birinə hadisəni danışarkən söyləyib.

Qadın bir müddət dəmir yolu üzərində dayanıb və qatarın yaxınlaşmasını gözləyib.

Qatarın uzaqdan yaxınlaşdığını görən Omvata Devi onu dayandırmaq üçün qırmızı paltarını yelləməyə başlayıb.

Sürücü təcili əyləcə basa bilib və nəticədə heç kim xəsarət almayıb.

Qeyd olunur ki, həmin vaxt qatarda 150-200 sərnişin olub.

Mənbə: Goodnews Network

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest