Qəzada ayağını itirən aktyoru gizli videoya çəkib, qazi kimi təqdim etdilər – VİDEO

ƏSA teatrının aktyoru İmran Lalayevin metroda gizli videosu çəkilib və “tik-tok”da onu qazi kimi təqdim ediblər. 

Aktyor bu addıma sərt etiraz edib. Videomüraciət yayan aktyor deyib ki, onu qazi kimi təqdim edən şəxsə etiraz etsə də, video silinməyib:  Bu hadisənin bir gün yaşanacağını bilirdim. Çox gözəl bilirəm ki, bizdə dar düşüncəli insanlar çoxdur. Mən kimisə təhqir edən xarakterdə biri deyiləm, amma dəfələrlə yazıb bildirməyimizə baxmayaraq bu insan videonu silməyib, özünə reytinq yığır. Niyə bu insanlar öz işləri ilə məşğul olmurlar? Niyə özlərinə xeyirli olan işlərlə məşğul olmurlar? Niyə bu ölkədə rahat yaşamağ olmur? Niyə bizim psixologiyamız bu cür insanlara görə pozulmalıdır?
Qeyd edək ki, İmran Lalayev ayaqlarını qəzada itirib, qazi deyil. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest