Qərbin “əli” çatmasın deyə Rusiyanın qızıl-valyuta ehtiyatlarını necə xilas etmək olar? – ANALİZ

Ukraynada xüsusi əməliyyat başlayandan sonra Qərb Rusiyanın qızıl-valyuta ehtiyatlarının demək olar ki, yarısını (Milli Sərvət Fondu da daxil olmaqla) – təxminən 300 milyard dollarlıq hissəsini dondurub.

Xarici media xəbərinə görə, maliyyə naziri Anton Siluanov “Milli Rifah Fonduna ya daha az maliyyə xərcləyəcəyik, ya da onu rublla dolduracağıq” ifadəsini işlədib.

Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets isə baş verənləri belə şərh edib:  “Özünə hörmət edən və ehtiyyat formalaşdırmaq imkanı olan heç bir böyük ölkə iri məbləğləri xaricə daşımır. Təbii ki, istisnalar var – məsələn, Çinin çox ciddi dollar ehtiyatları mövcuddur. Amma bu aktivlər iqtisadi deyil, siyasi xarakter daşıyır. Yəni ABŞ-la müəyyən razılaşmalara görə saxlanılır. Biz hələ də müəyyən pul kütləsini xarici valyutada saxlamalıyıq. Amma dollarla deyil. Qızıl-valyuta ehtiyatları isə “qara günlər” üçün zibildir. Qaydalara görə, o, ən azı üç aylıq kritik məqamı idarə etməlidir. Məsələn, təqaüdçülərə dərman və ya lazım olan başqa vasitələri ala bilmək üçün istifadə olunmalıdır. Amma bizim asanlıqla pula çevrilə bilən ehtiyatlarımızın olması vacibdir.  Bu, Çin yuanı, hind rupisi və sair ola bilər” –  Aleksey Zubets izah edib.

Ekspertin sözlərinə görə, Rusiyada kifayət qədər dollar və avro var: “Neft və qaz indi bahadır, idxal kəskin şəkildə aşağı düşüb, demək olar ki, heç kim xaricə getmir. Ona görə də valyutaya tələbat azdır, daxilolmalar isə böyükdür. Və bu daxilolmalardan Fond yaratmaq üçün valyutanın hamısı (və ya demək olar ki, hamısı) rubla dəyişdirilməlidir.

Amma yaxşı olar ki, pul ehtiyatlarını ölkənin inkişafına xidmət edəcək faydalı bir işə yatırsınlar: “Valyuta bazarından pulları hansısa yolla çıxarmaq lazımdır. Və bu pulları bizdən alınmayacaq bəzi yeni aktivlərə yönəltmək məqsədəuyğun olardı. Bütün uzunmüddətli ehtiyatlar Rusiya iqtisadiyyatına, ölkəmizin inkişafına investisiya şəkilində yatırılmalıdır. Bunun üçün uzunmüddətli layihələr, onilliklər ərzində öz bəhrəsini verəcək investisiyalar lazımdır. Bu, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması, yolların, fabriklərin, mədən sənayesinin inkişafı deməkdir” – Zubets fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest