Qərbi Azərbaycan Ostanlığında etiraz aksiyası: Əhali yolu bağladı – VİDEO

Qərbi Azərbaycan Ostanlığının Şərəfxana bölgəsinin əhalisi etiraz aksiyasına əl atıb. Urmu gölünün sahilində yerləşən Şərəfəxna bölgəsinin əhalisi etiraz aksiyası keçirib.

Noyabrın 24-ü, axşam saatlarında ətraf kəndlərin sakinləri Şərəfxana-Şəbistər yolunu bağlayaraq uzun illərdir yolun genişləndirilməsi, standartlara uyğunlaşdırılması ilə bağlı müraciətlərinə aidiyyatı qurumlar tərəfindən cavab verilmədiyindən narazılıqlarını bildiriblər. Etirazçılar qeyri-standart yolda baş verən yol qəzaları nəticəsində çox sayda insan itkisi olduğunu, səlahiyyətli qurumların buna laqeyd yanaşdığını deyiblər. Ötən ay Qərbi Azərbaycan əyalətinin Avtomobil Yolları və Nəqliyyat Baş İdarəsinin rəis müavini Furuğ Faryabi mediaya açıqlamasında vilayət yollarında baş verən qəzalarda ölənlərin sayının artdığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest