“Putinin qızı“ yoxa çıxdı

Putinin gizli övladı olduğu deyilən yeniyetmə qız anasının 3,1 milyonluq “Penthaus” ilə bağlı emosional paylaşımından sonra yoxa çıxıb.

“The Sun” xəbər verir ki, iddia budur: Yelizaveta Krivonoqix və anası Svetlana Krivonoqix bahalı evlərinin fotosunu yerləşdirərək Putini qəzəbləndiriblər.

Liza Krivonoqixin 83 min 200-ə yaxın izləyicisi var.

Kreml müşahidəçiləri hesab edirlər ki, “Putinin qızı” susdurulub. Çünki xarici mediada Putinə qarşı milyardlarla dollarlıq korrupsiya ittihamları irəli sürüldüyü vaxtda cah-calal nümayişi yasaqdır.

Xatırladaq ki, bir müddət əvvəl “Pandora” Putinin gizli məşuqəsinin qızı və Monte Karloda yaşayışı barədə ifşaedici materiallar yayımlayıb.

“Putinin qızı“ yoxa çıxdı

Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest