Putinin keçmiş dostundan ŞOK AÇIQLAMA: “Onda SADİZM VAR”

Rusiya Prezidenti Putinin əsas xüsusiyyəti ünsiyyətdə olduğu adamı aşağılamaq istəyidir. 

Bunu Ales Batsmana müsahibəsində rusiyalı iş adamı, Putinin yaxın dostu olmuş, hazırda Fransada yaşayan Sergey Puqaçov deyib. Puqaçov Putinin “münasibətlərdəki sadizmindən” danışıb.

“Putin gördüyünüz kimi, axmaq zarafatlar edən adamdır. Yəni o, əsl simasını gizlətmir, həyatda da, ünsiyyətdə də belədir. O, təəssürat yaratmağa çalışmır. 20 ildir ki, hamı ona yaltaqlanır, ona görə də illərdir ona elə gəlir ki, onun etdiyi hər şey mükəmməldir.

Onun Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Sergey Narışkini necə ələ saldığını xatırlayıram, amma bunlar hardasa şəxsi məsələlərdir. Putinin münasibətlərində sadizm var. Mən belə halların dəfələrlə şahidi olmuşam. Bu, onun əsas xüsusiyyətidir – alçaltmağa çalışmaq. Həm də təkcə tabeliyində olanlar deyil, başqalarını da. Bunlar onu 30 il, hətta daha çox tanıyan insanlardır. O, insanları alçaltmaqdan başqa, həm də kimin kim olduğunu göstərmək üçün belə edir”, – deyə Puqaçov bildirib.

Puqaçov müsahibəsində kimin Putinin varisi hesab edildiyini də açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest