“Putinin aşpazı”ndan SENSASİON İDDİA: “Pozğun Qərb,..”

Rusiya liderinə yaxın şəxslərdən biri, “Putinin aşpazı” kimi tanınan və “Vaqner” qrupunu idarə etdiyi iddia edilən Yevgeni Priqojin İngiltərənin “Guardian” qəzetinə müsahibə verib.

Qərbi “nəsli kəsilməkdə olan yazıq pozğun” adlandıran Priqojin Rusiyanın Ukraynada mütləq qalib gələcəyini deyib.

“Vaqner”lə heç bir əlaqəsinin olmadığını iddia edən iş adamı qeyd edib:

“Siz rusları, malililəri, mərkəzi afrikalıları, kubalıları, nikaraqualıları və digər xalqları iyrənc “üçüncü dünya insanları” hesab edən və ölmək üzrə olan Qərb sivilizasiyasısınız. Siz nəsli kəsilməkdə olan bir qrup pozğunsunuz. Biz çoxuq, milyardlarlayıq, qələbə bizim olacaq”.

ABŞ və Avropa ölkələrinin Mali və Afrikada insanları əsarət altına almağa çalışdığını bildirən Priqojin Qərbin bölgədəki təbii sərvətləri talamaq üçün terror təşkilatları vasitəsilə xaos və qorxu mühiti yaratdığını iddia edib.//Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest