“Putin ölkəni hara apardığını bilir” – Peskovdan AÇIQLAMA – VİDEO

“Putin ölkəni hara apardığını bilir”.

Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Bilik” cəmiyyətinin marafonunda çıxışında deyib.

“Biz hər şeyin yaxşı olacağına əminik. Və biz qalib gələcəyimizə əminik. Və bütün məqsədlərimizə nail olacağıq. Prezidentimiz ölkəmizi hara apardığını bilir”, – Peskov deyib.

Peskov Ukraynadakı müharibəyə görə, onlara qarşı münasibətlərini dəyişən ölkələri “düşmən” adlandırıb.

“Rusiyaya dost olmayan ölkələri artıq düşmən adlandırmaq olardı, çünki onlar ölkəmizə qarşı diplomatik, siyasi və iqtisadi müharibələr aparırlar.

Bəli, biz hələ də yumşaq şəkildə onları qeyri-dost dövlətlər adlandırırıq. Mən indidən deyərdim ki, bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdikləri müharibədir”, – Peskov vurğulayıb.

O, Rusiyanın xaricdə sanksiya qoyulan pullarından da danışıb.

“Oradakı hesablarda dollar və avro olan pullarımız bloklanıb. Bu, bizim pulumuzdur. Onu bizdən oğurlayıblar, oğurlamağa çalışırlar. Bunun üçün mütləq mübarizə aparacağıq”, – mətbuat katibi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest