Putin mühüm fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibədə ölən hərbçilərin övladlarına kömək məqsədilə fərman imzalayıb.

Fərmana əsasən, Ukraynadakı müharibədə iştirak edən hərbi qulluqçuların uşaqları üçün Rusiya Federasiyasının ali məktəblərində qəbul kvotası olacaq.

Fərmanda qeyd olunur ki, kvota “hər bir ixtisas və ya təhsil sahəsi üzrə federal büdcədən ayrılan vəsaitlər hesabına ümumi qəbul hədəfinin 10 faizini” təşkil edəcək.

Ukraynada gedən müharibədə ölən hərbçilərin övladları Rusiya Federasiyasının ali məktəblərinə kvota çərçivəsində qəbul imtahanları vermədən daxil ola biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest