Putin Lukaşenko ilə görüşdə: “Asan deyil, ancaq biz bacarırıq”

“Rusiya iqtisadiyyatı sanksiyalara dözür”

Bu sözləri Rusiya lideri Vladimir Putin Belarus prezidenti  Aleksandr Lukaşenko ilə görüşdə deyib.

O bildirib ki, sanksiyalar çətinliklər yaradıb: “Ancaq buna baxmayaraq, Rusiya iqtisadiyyatı sanksiyalar dözüm gətirir. Bizim hazırkı əsas makroiqtisadi göstəricilərimiz də belə deməyə əsas verir. Bu, əlbəttə, bizdən xüsusi səylər tələb edir. Asan deyil, ancaq biz bacarırıq, səylərimiz müsbət nəticə verir”.

Putin daha sonra rubldan danışıb, deyib ki, ticarət əməliyyatlarında milli valyuta ilə ödəniş rublun möhkəmləndirir: “Biz rublla ödəniş sistemini də həyata keçirməyə nail olmuşuq”.

Rusiya və Belarus arasındakı birliyə toxunan Rusiya liderinin sözlərinə görə, hər şeyi təmkinlə, tələsmədən irəliyə doğru aparılır: “Hər bir addımımızı elə tənzimləyirik ki, hər bir addım bizi daxildən, xaricdən gücləndirsin, siyasi sistemlərimizi gücləndirsin, onların inkişafı üçün şərait, iqtisadi inkişaf üçün möhkəm zəmindir yaratsın. Biz indi ittifaq dövlətinin qurulması ilə bağlı gələcək prosesləri müzakirə etməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest