Putin: ABŞ dollardan iqtisadi və siyasi müharibə vasitəsi kimi istifadə edir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı dolları iqtisadi və siyasi müharibə vasitəsi kimi istifadə etməkdə günahlandırıb. 
O, bu haqda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib. 

Putin bildirib ki, Rusiya neft-qaz əməliyyatlarını digər milli valyutalar və avro ilə aparmağı düşünə bilər. 

Belə bir qərarın ABŞ dollarına ciddi zərbə vuracağını deyən prezident, lakin Moskvanın bu istiqamətdə hər hansı addım atmaq istəmədiyini söyləyib.

Dünən isə Rusiya Maliyyə nazirinin müavini Vladimir Kolyçev qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalardan daha az təsirlənmək üçün milli sərvət fondundakı dollar ehtiyatlarının sıfırlanacağını və fonddakı dollar ehtiyatlarının avro, yuan və qızıla çevriləcəyini açıqlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Vladimir Putinlə iyunun 16-da Cenevrədə görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest