“Publika.az” saytının Baş redaktoru, tanınmış jurnalist Aqil Lətifov istefa verərək, işindən ayrılıb.
Aqil Lətifov bu gün keçirilən redaksiya iclası zamanı istefa verdiyini bildirib.
Məlumatın doğruluğunu Aqil Lətifov da Demokrat.az-a təsdiqləyib. O, istefasının səbəbini açıqlamayıb.