Professor Mahirə Hüseynovanın “Nizami Gəncəvi İli” çərçivəsində fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilib-FOTO

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il yanvarın 5-də imzaladığı Sərəncamın icrasına uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində də silsilə tədbirlər, yerli və beynəlxalq konfranslar keçirilib, məqalə və kitablar çap olunub.

Universitetdən bildirilib ki, bu tədbirlərin təşkilində böyük əməyi olan beynəlxalq əlaqələr üzrə prorektor filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın fəaliyyəti qardaş Türkiyədə yüksək qiymətləndirilib. Azərbaycanlı professor Türkiyədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş DARPHANE – xatirə para sertifikatına layiq görülüb.

Noyabrın 22-də bu mükafatın universitet rəhbərliyi tərəfindən təqdimatı keçirilib. Mükafatı təqdim edən universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında Mahirə Hüseynovun bu istiqamətdə fəaliyyətindən danışıb, onun elmi yaradıcılığında Nizami irsinin aktuallığını diqqətdə saxlamasını xüsusi qeyd edib.

Mahirə Hüseynova əməyinə verdikləri yüksək dəyərə görə universitet rəhbərliyinə və qardaş Türkiyəyə öz minnətdarlığını bildirərək böyük mütəfəkkirin fikirlərinin bütün zamanlar üçün aktual olduğunu deyib. Azertac.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest