Portuqaliya kuboku: Renat Dadaşov komandasını yarımfinala çıxarıb – VİDEO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi “Tondela” Portuqaliya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Tondela şəhərinin eyniadlı təmsilçisi 1/4 finalda “Riu Ave”ni minimal hesabla üstələyərək bu uğura nail olub – 1:0.

Qarşılaşmada yeganə qolu məhz Dadaşov vurub. Əsas vaxtı qolsuz başa çatan görüşün 95-ci dəqiqəsində meydana çıxan 23 yaşlı hücumçu cəmi 1 dəqiqə sonra fərqlənərək, komandasını növbəti mərhələyə çıxarıb.

“Tondela”nın yarımfinaldakı rəqibi “Portimonensi” – “Mafra” cütünün qalibi olacaq.

Qeyd edək ki, Renat Dadaşov müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest