Polşanın Təhsil Nazirliyindən Ukraynalı qaçqın uşaqlar üçün ƏCAİB QƏRAR

Polşanın təhsil naziri Pşemıslava Çarnek bu günlərdə verdiyi müsahibə öz ölkələrinə qayıtmaq fikrində olmayan ukraynalı miqrantlar arasında bomba effekti yaradıb.

Nazir bildirib ki, “Polşa məktəbləri ukraynalı uşaqlar üçün deyil”. Dövlət rəsmisinin sözlərinə görə, artıq mayın 24-də Ukraynadan olan 7 minə yaxın qaçqın uşaq Polşada polyak dilindən imtahan verməlidir.

İmtahandan keçməyənlər bir il gözləməli olacaqlar. Eləcə də imtahandan keçməyənlər Polşadakı ali təhsil müəssisələrinə də daxil ola bilməyəcəklər. 

“Məsələ belədir. Dil bilməyən, polyak ədəbiyyatını bələd olmayan əcnəbi uşağı bizim sistemdə oxuyan uşaqla eyniləşdirə bilmərik”, – deyə nazir bildirib.

Yerli “oko.press” nəşri xəbər verir ki, nazirin bu açıqlaması birmənalı qarşılanmayıb.

“Çarnek ukraynalı uşaqlarına zərər verməklə Polşa məktəbini müdafiə edir”- deyə nəşr etirazını bildirib.
Nəşr təklif edir ki, iki aylıq yay tətilində Ukraynadan olan gənc qaçqınlar üçün məsələn, birgə sağlamlıq düşərgələri təşkil edilsin. Bu cür layihələr polyak uşaqları ilə inteqrasiyada və polyak dilinin öyrənilməsində qaçqın uşaqlar üçün ideal fürsət olar. “Lakin nazirlik yerli hakimiyyətin bu cür arqumentlərini rədd edərək, bu cür formaları maliyyələşdirmək istəmir”, – deyə nəşr fikrini tamamlayıb.

Surxay Atakişiyev, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest