Polis rəisi özünü güllələdi

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.***

Məsələ ilə bağlı  Baş Prokurorluğun Mətbuat xidmətinə ünvanladığı sorğuya cavab olaraq bildirildi ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest