Polis azarkeşi tribunadan QOVDU: “Səs-küy salırsan” – FOTO

I Divizionun XXIV turunda MOİK – “Sumqayıt-2” ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda keçirilən matçın sonlarına yaxın tribunada insident yaşanıb.

Polislər MOİK azarkeşini tribunadan uzaqlaşdırıb. Buna onun “səs-küy salması” səbəb göstərilib. Azarkeş öncə tribunanı tərk etmək istəməsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu buna məcbur edib.

Qeyd edək ki, MOİK – “Sumqayıt-2” oyunu 2:0 hesabı ilə bitib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest