Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi

Bakıda polikilinikanın baş həkimi Xəzər TV – nin xanım əməkdaşı ilə dalaşıb.

Xəzər Televiziyasının Xəbərlər xidmətinin Nərmin adlı əməkdaşı müddət əvvəl vaksinasiya ilə bağlı şikayətlərin olduğu Nərimanov Rayon 8 saylı Şəhər Polikilinikasından reportaj hazırlamağa gedib.


Xanım müxbir polikilikinada çəkiliş etmək istəyərkən baş həkim  Tamilla Kərimova ona  hücum edib. Heç bir məlumat verməyəcəyini deyən baş hakim jurnalist və onun operatorunu polikinikadan qovmağa çalışıb . Həmin vaxt jurnalist öz vəzifə öhdəliklərini xatırladarkən baş həkimlə xanım jurnalist arasında əlbəyaxa dava olub. Daha sonra Xəzər televiziyasının müxbiri və operatoru vaksinasiya vurdurmaq üçün müraciət edən vətəndaşların köməkliyi ilə ərazidən uzaqlaşdırlıb.


Məsələ ilə bağlı Manşet.az-a açıqlama verən 8 saylı Şəhər Polikilinikasının Baş həkimi Tamilla Kərimova yaşanan insidenti təsdiqləyib:


“Xəzər TV – nin xanım müxbiri polikinikada vaksinasiya prosesinə kobud sürətdə müdaxilə edirdi. Ona görə də kənardan baxa bilməzdim. Mənu onu qovmalı idim. Başladı burda hay-huy salmağa, özündən çıxdı. Mən göydən düşmüşəm? Mən bu poliklinikaya gələndən 3 qəzet bağlamışam. Həmin gün qeydiyyatdan keçən xəstəxananın pasientlərini şahid kimi dəvət edəcəm. Mən üç qəzet bağlatdırmışam. Heç bir mətbu orqandan qorxmuram. İstədiyim vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşova zəng edib, sözümü deyə bilirəm. Başqa yerdən də sizə deyəcəklər. Bu məsələni işıqlandırsanız sizi də məhkəməyə verəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest