Polad Həşimovun adına olan park istifadəyə verildi – FOTO

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış mərasimi keçirilib.

Xətai rayonunda yerləşən park bu gündən istifadəyə verilib.

Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, parkın ərazisi ilə yanaşı, həm də parka birləşən həyətlər də abadlaşdırılıb.

Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest