“PKK”nın Ermənistan üzrə nümayəndəsi MƏHV EDİLDİ – FOTO

“PKK” terror təşkilatının rəhbər şəxslərindən biri olan Engin Karaaslan Türkiyənin Milli kəşfiyyat Təşkilatı tərəfindən zərərsizləşdirilib.

Bu barədə məlumatı Anadolu Agentliyi yayıb.

Məlumata əsasən, “PKK” terror təşkilatının “Mərkəzi Komitə üzvü” olan və kod adı “Haydar Varto” olan Karaaslan Suriyanın şimalında həyata keçirilən əməliyyat zamanı məhv edilib.

Engin Karaaslan “İnterpol” tərəfindən “qırmızı bülleten”lə axtarışda olub. Bildirilir ki, o, bu günə qədər Suriyada zərərsizləşdirilən ən yüksək səviyyəli terrorçudur.

Qeyd edək ki, “PKK” təşkilatına 1980-ci illərdə qoşulan Karaaslan 2000-ci illərdə terror təşkilatının Ermənistan üzrə nümayəndəsi vəzifəsini icra edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest