Pilotlar sərnişinləri unudaraq uçublar

İspaniyada bir qrup sərnişin təyyarə onlarsız havaya qalxarkən təəccüb içində qalıb.

“LADBible”ın məlumatına görə, aviaşirkət bunda pilotların günahı olmadığını bildirib.

14 nəfər sərnişin “Ryanair”ə məxsus təyyarədə Malyorkadan uça bilməyib. Onlar uçuş üçün qeydiyyatdan keçib və minməyi gözləyiblər, lakin onları təyyarəyə aparmalı olan avtobusa minə bilməyiblər, növbəti servis avtobusu isə arxalarınca gəlməyib.

Nəticədə təyyarə sərnişinləri yerdə qoyaraq havaya qalxıb. Hava limanında qalanlar arasında müalicə üçün uçmalı olan onkoloji xəstə Susana Guerrero da var. Qadının sözlərinə görə, o, nə edəcəyini və hara gedəcəyini bilməyib.

“Ryanair”in sözçüsü bildirib ki, çaşqınlıq servislərin işinə nəzarət edən dispetçerin günahı ucbatından yaranıb. Unudulmuş sərnişinlərə yemək kuponu verilib və onlar daha sonrakı reyslə uça biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest