Pensiyası kəsilən bir qrup şəxs Nazirliyin qarşısında ETİRAZ AKSİYASI KEÇİRİB

Bu gün bir qrup şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə etiraz aksiyası keçirib.

İnsanlar sosial müavinətlərinin kəsilməsinə etiraz ediblər.

Belə ki, Vətən müharibəsi iştirakçısı Valeh Bədəlovun atası Vahid Bədəlov bildirib ki, 45 gündən çoxdur ki, pensiyası nazirlik tərəfindən kəsilib: “Mənim 2-ci qrup əlilliyim var, amma pensiyamı ay yarımdan çoxdur ki, kəsiblər. Səbəb kimi sənədlərin düzgün olmamasını göstərirlər. Dedilər ki, gözləyin. Başqa heç nə demədilər. Bu gedişlə 1 ay da, 2 ay da gözləyəcəyik”./unikal/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest