Pensiyaçı arvadını, qızını, sonra isə özünü GÜLLƏLƏDİ

Rusiyanın Voloqda şəhəri yaxınlığında yerləşən Kipelovo yaşayış məntəqəsindəki mənzillərdən birində güllələnmiş 3 meyit aşkarlanıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsi xəbər verir ki, qətl 66 yaşlı təqaüdçü kişi tərəfindən törədilib.

O, naməlum səbəbdən karabin silahı ilə əvvəl 55 yaşlı arvadını, 34 yaşlı qızını, sonra isə özünü öldürüb. Qeyd edək ki, meyitlər yanvarın 9-da günorta saatlarında tapılıb. Faktı ilə bağlı cinayət işi başlanılıb./apa/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest