Penaltini qaçıran Emreliyə komanda yoldaşları belə dəstək oldu – VİDEO

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

“Legiya” və “Rakuv” komandalarının qarşılamasının əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Legiya”nın bərabərlik qolunu 90+3-cü dəqiqədə Azərbaycan millisinin futbolçusu Mahir Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb. Lakin 11 metrlik zərbələr zamanı “Rakuv” daha dəqiq olub – 4:3. “Legiya”nın penaltilərindən birini Emreli qaçırıb.

Penaltini qaçıran Mahir Emreliyə oyundan sonra komanda yoldaşları dəstək olublar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest