Patriarx Kirildən ŞOK BƏYANAT – VİDEO

“Rusiya heç vaxt heç kimə hücum etməyib və heç kimlə döyüşmək niyyətində deyil”.

Bunu Moskvanın və Bütün Rusiyanın Patriarxı Kiril Moskvada Kremlin Arxangel kilsəsində xütbə zamanı deyib.

“Biz heç kimlə döyüşmək istəmirik, Rusiya heç vaxt heç kimə hücum etməyib. Böyük və qüdrətli bir ölkənin heç kimə hücum etməməsi, yalnız sərhədlərini qoruması heyrətamizdir”, – Kiril deyib.
Qarşımızda tamamilə dəhşətli, riyakar və ikiüzlü bir yalanın nümunəsi durur. Burada hər şey yalandır, ilk sözdən son sözə qədər. Ən maraqlısı odur ki, hər şey asanlıqla təkzib olunur. Çünki hadisələr hazırda bütün dünyanın gözü qarşısında baş verir. Həddindən artıq şahid var. Bunları yalnız qapalı məkanda inkar etmək olar.

Patriarx Kiril Ukraynadakı müharibəni ilk dəfə fevralın 27-də, işğalın dördüncü günündə dilə gətirib. O, müstəqil, qonşu dövlətə qarşı aşkar hərbi təcavüz faktını pisləməyib. Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumları nəticəsində dinc Ukrayna əhalisinin həlak olmasını pisləməyib.

Patriarx Kiril Rusiya Federasiyasının rəhbərliyindən bütün dünyanın tələb etdiyi şeyi – qan tökülməsinə, təcavüzə, qonşu dövlətin işğalına son qoyulmasını tələb etməyib.

Bütün bunları başlayan ölkə müharibəni dayandırmalı və sülhü bərpa etməlidir, lakin biz hər şeyin əksini görürük, hətta din xadimlərindən də. Bax, əsl Rusiya budur!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest